A Komanda
24 oktyabr 202622:05

Yuri Vernidub: “Azlıqda qalsaq belə, qələbə qazanmaq istəyirdik”

Yuri Vernidub: “Azlıqda qalsaq belə, qələbə qazanmaq istəyirdik”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 9-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“İlk 20 dəqiqə oyunumuz istədiyimiz kimi alınmadı. Sonra isə müdafiəçimizin səhvinə görə azlıqda qaldıq. Buna baxmayaraq, daha yaxşı oynamağa başladıq. Hətta qol vurub fasiləyə üstün hesabla yollandıq. Bununla belə, bilirdim ki, belə komandaya qarşı azlıqda oynamaq çətin olacaq. Bu səbəbdən 5-3-1 sxemi ilə davam etdik. Əslində, buraxdığımız qola qədər bütün mövqeləri bağlamışdıq və rəqibin elə bir epizodu olmamışdı. Daha sonra Emil Balayev komandamızı növbəti qoldan xilas etdi. Azlıqda qalsaq belə, qələbə qazanmaq istəyirdik. 2 xal itirdiyimizi düşünürəm, çünki həmişə qalib gəlmək istəyirəm. Müdafiə üzərində daha çox işləyəcəyik”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: