“Turan Tovuz”la heç-heçə etdik

“Neftçi” Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” klubu ilə qarşılaşıb. “Palms Sports Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1.
30-cu dəqiqədə futbolçumuz İqor Ribeyro qırmızı vərəqə ilə cəzalandırılıb. Komandamız bir nəfər azlıqda qalsa da, 44-cü dəqiqədə hesabı açıb – Breno Almeyda fərqlənib. Bununla belə, 73-cü dəqiqədə Aleksa Yankoviç hesabı bərabərləşdirib.
Qeyd edək ki, “Neftçi” 9 oyundan sonra 18 xalla turnir cədvəlində 2-ci yeri tutur.































