A Komanda
10 iyul 202621:24

Yoxlama görüşündə böyükhesablı qələbə qazandıq

Yoxlama görüşündə böyükhesablı qələbə qazandıq

“Neftçi” Sloveniya təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız Serbiyanın “Radniçki Niş” klubuna 3:0 hesabı ilə qalib gəlib. Beltinçi stadionunda baş tutan görüşdə qollara Breno Almeyda (2-ci və 26-cı dəqiqələr) və Ağadadaş Salyanski (82-ci dəqiqə) imza atıblar.

“Neftçi”: 1.Emil Balayev (93.Rza Cəfərov, 46), 5.İqor Ribeyro (17.Murad Xaçayev, 60), 6.Sessi D’Almeyda (18.İfeanyi Metyu, 60), 8.Emin Mahmudov (K) (7.Emil Səfərov, 46), 11.İmad Faraj (97.Bassala Sambu, 60), 20.Qustavo Klisman (4.Elvin Camalov, 60), 24.Mustafa Sek (3.Rüfət Abbasov, 60), 29.Lyubomir Tupta (82.Məhəmməd Məmmədli, 80), 33.Breno Almeyda (19.Ağadadaş Salyanski, 71), 55.Endryu Qravilyon (80.Aslan Şirinov, 71), 77.Falaye Sako (14.Elvin Bədəlov, 46).

Qeyd edək ki, iyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da isə “Partizan”la (0:1) qarşılaşmış “ağ-qaralar” ayın 13-də “Osiyek” (Xorvatiya) klubu ilə üz-üzə gələcək. Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komandamız iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.