A Komanda
20 iyul 202616:28

“Neftçi” – “Dinamo” cütünün qalibi “Jelezniçar” – “Braqa” cütünün qalibi ilə qarşılaşacaq

“Neftçi” – “Dinamo” cütünün qalibi “Jelezniçar” – “Braqa” cütünün qalibi ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – “Dinamo” cütünün qalibi III təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” və “Dinamo” arasında ilk oyun iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da, cavab matçı isə ayın 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. III təsnifat mərhələsinin görüşləri isə avqustun 6-da və 13-də baş tutacaq.