A Komanda
11 sentyabr 202619:10

Yevlaxdan 3 xalla dönürük

Yevlaxdan 3 xalla dönürük

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 5-ci turda “İmişli”yə 3:2 hesabı ilə qalib gəlib.

Yevlax şəhər stadionunda baş tutan matçda komandamızın qollarını Freddi Varqas (12-ci dəqiqə), Breno Almeyda (28-ci dəqiqə) və Qustavo Klisman (80-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Bəxtiyar Həsənalızadə (29-cu dəqiqə) və Azər Salahlı (45+7-ci dəqiqə – penaltidən) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 5 oyundan sonra 12 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.