A Komanda
10 sentyabr 202616:03

Oyunöncəsi son məşqdən sonra səfərə yollandıq

Oyunöncəsi son məşqdən sonra səfərə yollandıq

Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağımız “İmişli” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıb.

Qeyd edək ki, sentyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” matçı saat 16:30-da başlanacaq.