Təşəkkürlər, Alessio Kurçi!

“Neftçi” PFK ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş lüksemburqlu hücumçu komandamızın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.





