“Zəfər turu”ndakı oyunumuza hazırlıq başa çatdı

Misli Premyer Liqasının 11-ci – “Zəfər turu”nda qarşılaşacağımız “Kəpəz” klubu ilə matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq cəzalandırılmış futbolçumuz İqor Ribeyro “Kəpəz”lə görüşü də buraxmalı olacaq.
Qeyd edək ki, noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 20:00-da start götürəcək.

























