A Komanda
12 iyul 202623:24

Sonuncu yoxlama matçından əvvəl son məşq

Sonuncu yoxlama matçından əvvəl son məşq

“Neftçi” Sloveniya təlim-məşq toplanışı çərçivəsində bu gün son məşqinə çıxıb. Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komandamızın üzvləri “Osiyek” klubu ilə yoxlama görüşündən əvvəl son hazırlığını keçib.

Xorvatiya təmsilçisi ilə oyun iyulun 13-ü Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda baş tutacaq. İyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da “Partizan” (0:1), 10-da isə “Radniçki Niş” (3:0) ilə qarşılaşmış “ağ-qaralar” ayın 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.