Klub
25 oktyabr 202618:55

Qızlarımızdan 9:0 hesablı qələbə!

Qızlarımızdan 9:0 hesablı qələbə!

“Neftçi” Liv Bona Dea Qadınlar Super Liqasında bu mövsüm ilk ev oyununu keçirib. Qadınlardan ibarət komandamız 2-ci turda Gəncənin “Ümid” klubunun qapısından 9 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qollardan 4-nü Şəfəq Nəsirova, 3-nü Mədinə Curuqova, 2-ni isə Röya Əliyeva vurub.

Qeyd edək ki, ilk turda “İmişli”yə 4:0 hesabı ilə qalib gələn “Neftçi” 6 xal toplayıb.