“Neftçi”nin 6 üzvü qadınlardan ibarət Azərbaycan milli komandasında

Qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Oktyabrın 13-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesinə “Neftçi”nin 6 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Vüsalə Seyfəddinova, Jalə Məhsimova, Sona Rəhimova və Mədinə Curuqova dəvət olunub.





