Fanat
19 oktyabr 202620:20

“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda

“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-ü saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN .

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.