Fanat
15 oktyabr 202616:35

“Neftçi” azarkeşlərinin nəzərinə!

“Neftçi” azarkeşlərinin nəzərinə!

Misli Premyer Liqasının 8-ci turunun oktyabrın 17-də saat 19.00-da başlanacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasını tribunadan izləmək istəyən “Neftçi” azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorları ayrılıb. 

25, 26, 27 və 28-ci sektorlar “Forza Neftçi” Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub. Oyunu “Forza Neftçi” ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün 17.00-dan 21.00-a, oktyabrın 16-da 12.00-dan 21.00-a, oyun günü isə 12.00-dan 16.00-a qədər “Palms Sports Arena”da yerləşən kassalara yaxınlaşa bilərlər.

21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək.