Neftçi-2
6 noyabr 202616:15

Əvəzedicilərimiz “Turan Tovuz”a böyük hesabla qalib gəldilər

Əvəzedicilərimiz “Turan Tovuz”a böyük hesabla qalib gəldilər

“Neftçi” Əvəzedicilər Liqasının 9-cu turunda “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda komandamızın qollarını Adama Diarra (14-cü dəqiqə), Məhəmməd Məmmədli (22-ci dəqiqə), Tunar Mehdiyev (71-ci dəqiqə) və Nicat Məhərrəmov (83-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə İsmayıl İsmayılov (87-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, 9 oyunda 15 xal toplayan “Neftçi” turnir cədvəlində 4-cü yeri tutur.