Tarix

Azərbaycan çempionatının qalibi

Azərbaycan çempionatının qalibi

Böyükağa Hacıyev

Böyükağa Hacıyev

Bu mövsümə də komandanı yaxşı hazırlayan və edilən transferlərlə heyətinə güc qatan "imperator" “Neftçi”ni ardıcıl ikinci dəfə çempion edən mütəxəssisin flaqmanın ard-arda üçüncü dəfə Azərbaycanın ən güclü komandası olmasında rolu danılmazdır. 

Nikolas Kanales

Nikolas Kanales

Heç şübhəsiz ki, mövsümün qəhrəmanlarının adı çəkiləndə bu futbolçunun adını unutmaq olmaz. “Neftçi”də oynamış ən yaxşı legioner hücumçulardan sayılan çilili futbolçu “ağ-qara” formada keçirdiyi ilk mövsümdəcə 26 qol (31 oyun) vurmaqla çempionatın ən yaxşı bombardiri olub.

Julius Vobay

Julius Vobay

Mövsümün əvvəlində heyətə qatılan futbolçulardan olan Syerra-Leoneli futbolçu meydana çıxdığı 31 oyunda 8 dəfə fərqlənməklə bombardirlər yarışında 7-11-ci yerləri bölüşüb.

Erik Ramos

Erik Ramos

Paraqvaylı dayaq yarımmüdafiəçisi bu mövsüm “Neftçi”nin heyətində ən çox oyun keçirmiş 3 futbolçudan biridir. Əzmkarlığı və döyüşkənliyi ilə seçilən futbolçu rəqib qapılarından bir top keçirməyə də imkan tapıb.

Saşa Stamenkoviç

Saşa Stamenkoviç

Serbiyalını “Neftçi”yə gəlmiş ən yaxşı legioner qapıçı saymaq olar. Ötən mövsümlə müqayisədə bu dəfə daha çox oyunda (30) qapını qorumuş Saşa Stamenkoviç inamlı oyunu ilə çempionluqda böyük pay sahibidir.

Araz Abdullayev

Araz Abdullayev

Hər mövsüm heyətindəki gənc oyunçuları ilə diqqəti cəlb edən "Neftçi"nin bu dəfəki çempionatda əsas yerli silahı 20 yaşlı istedadlı yarımmüdafiəçi idi. O, meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməklə çempionluğa töhfəsini verib.