Tarix

Azərbaycan çempionatının qalibi

Azərbaycan çempionatının qalibi

Böyükağa Hacıyev

Böyükağa Hacıyev

Avropada uğursuzluq "Neftçi"də növbəti dəfə məşqçi dəyişikliyinə səbəb oldu. Komandanın sükanı Böyükağa Hacyevə tapşırıldı. Öz dəsti-xətti ilə seçilən mütəxəssisin “Neftçi”nin ardıcıl ikici dəfə çempion olmasında əməyi böyükdür.

Bahodir Nasimov

Bahodir Nasimov

Ötən mövsümdə komandanın heyətində vurduğu qollarla çempionluqda vacib rol oynayan özbək futbolçu “Neftçi”də keçirdiyi ikinci mövsümdə rəqib qapılarından 16 top keçirərək, nəhayət, çempionatın ən yaxşı bombardiri olmağı bacardı.

Flavinyo

Flavinyo

Ötən mövsüm heyətə qatılan braziliyalı futbolçu artıq çempionatın ən yaxşısı olduğunu sübut etməyə başlamışdı. Onun meydana çıxdığı oyunlarda komandamız rahat qələbə qazanırdı. Mövsümdə 29 oyunda 10 qol vurmaqla bombardirlər arasında 3-5-ci yerləri bölüşdürdü və çempionluq yolunda "Neftçi"nin əsası silahı oldu.

Slavko Georgievski

Slavko Georgievski

Bu mövsüm “Neftçi”də ən çox oyun (32) keçirmiş şimali makedoniyalı yarımmüdafiəçi 4 qola da imza atmağı bacarıb.

Rəşad Abdullayev

Rəşad Abdullayev

Ardıcıl ikinci mövsümdə rəqib qapılarından 7 top keçirmiş yarımmüdafiəçi çempionluğa töhfəsini verib.

Ruslan Abışov

Ruslan Abışov

30 oyunda meydana çıxmış gənc müdafiəçi rəqib qapılarından 5 top keçirməyi də bacarıb.