Tarix

Azərbaycan çempionatının qalibi

Azərbaycan çempionatının qalibi

Kazbek Tuayev

Kazbek Tuayev

Mövsümə süni şəkildə yaradılan problemlərlə başlayan "Neftçi" qışda liderlər sırasında yer almasına baxmayaraq, məcburi baş məşqçi dəyişikliyinə getdi. Vaqif Sadıqov təzyiqlərə davam gətirə bilməyərək vəzifəsindən istefa verdi, boş qalmış posta Asif Əliyev təyin edildi. Lakin bu təyinat yalnız rəsmi kağız üzərində belə idi. Komandanın baş məşqçisi funksiyasını üzərinə götürən Kazbek Tuayev “Neftçi”yə ikinci çempionluğu qazandırdı.

Asif Əliyev

Asif Əliyev

Kazbek Tuayevlə yanaşı, onun köməkçiləri Böyükağa Ağayevlə Asif Əliyevin də əməyi danılmazdır. Rəsmi sənədlərə görə, 1996-cı il yanvarın 25-də “Neftçi”yə baş məşqçi Asif Əliyev təyin olunub. Komanda məhz onun başçılığı altında “qızıl dubl”a, sonra isə gümüş medallara yiyələnib. Lakin həmin vaxt Tuayev də komandada idi. Əliyev, sadəcə, hüquqi əsasda bu vəzifəni yerinə yetirsə də, əslində, Tuayevin köməkçilərindən biri idi. Bununla belə, Əliyev təxminən 5 il (1995-2000) fasiləsiz “ağ-qaralar”ın düşərgəsində çalışıb. Əvvəlcə Kazbek Tuayev, sonra isə Ruslan Abdullayevlə Əhməd Ələsgərov da Asif Əliyevin köməyindən yararlanıblar.

Nazim Əliyev

Nazim Əliyev

Qış fasiləsində komandadan ayrılan futbolçular siyahısında olsa da, bu mövsüm "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə yazılıb. Azərbaycan çempionatı tarixinin ən yaxşı bombardiri "Qarabağ"a keçənə qədər çıxdığı 14 oyunda 16 dəfə rəqib qapısına yol tapmaqla çempionluqda böyük pay sahibi idi.

Samir Ələkbərov

Samir Ələkbərov

Mövsümün əvvəlində İsrail və Mingəçevir səyahətindən sonra yenidən «Neftçi»yə qayıtdı. Bu mövsümdə çıxdığı 26 oyunda rəqib qapılarından keçirdiyi 10 top komandamızın çempionluğunda az rol oynamayıb.

Aydın Ələkbərov

Aydın Ələkbərov

Qardaşı Samirdən fərqli olaraq ön yox, arxa xətdə mübarizə aparan Aydın bu mövsüm “Neftçi”də ən çox oyun (29) keçirmiş futbolçudur.

Mais Əzimov

Mais Əzimov

Bu mövsüm “Neftçi”də ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla və müdafiədəki etibarlılığı ilə yanaşı, rəqib qapıçıları 6 dəfə məyus etməyi də bacarıb.