Azərbaycan Kubokunun qalibi

Böyükağa Hacıyev
“Neftçi” Böyükağa Hacıyevin rəhbərliyi altında tarixində 5-ci dəfə ölkə kubokunun qalibi olmaqla yanaşı, 3-cü dəfə “qızıl dubl”a imza atıb.

Flavinyo
“Simurq”la 1/4 final mərhələsinin cavab matçının 120-ci dəqiqəsində qol vurmaqla “Neftçi”ni yarımfinala daşıyan braziliyalı yarımmüdafiəçi “Xəzər Lənkəran”la final oyunundan sonrakı penalti seriyasında da fərqlənib.

Saşa Stamenkoviç
Yarımfinaladək qapısını toxunulmaz saxlayan serbiyalı qolkiper final matçından sonrakı penalti seriyasında “Xəzər Lənkəran”ın futbolçusu Dimitris Sialmasın zərbəsini dəf edib.

Rəşad Sadiqov
Bütün oyunları yüksək səviyyədə keçirən Sadiqov “Xəzər Lənkəran”la final matçından sonrakı penalti seriyasında həlledici qola imza atıb.

Elvin Yunuszadə
Gənc müdafiəçi kubok yarışında 2 qol vurub. “Tərəqqi” ilə 1/8 final matçında rəqib qapısından ikinci topu keçirən Yunuszadə “Qarabağ”la yarımfinal mərhələsinin cavab oyununda da fərqlənib.

