A Komanda
26 August 202621:00

“Zirə” ilə matçın hazırlığına start verdik

“Zirə” ilə matçın hazırlığına start verdik

“Neftçi” Misli Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Zirə” klubu ilə matçın hazırlığına başlayıb. “Araz-Naxçıvan” ilə oyundan (5:0) sonra iki günlük istirahətə buraxılan komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində əvvəlcə trenajor zalında, sonra isə meydançada məşq ediblər.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” görüşü avqustun 30-u saat 20:15-də başlanacaq.