A Komanda
24 August 202600:22

Yuri Vernidub: “İlk hissədə oyunumuzun çox yaxşı alınmasının səbəbi yüksək pressinq idi”

Yuri Vernidub: “İlk hissədə oyunumuzun çox yaxşı alınmasının səbəbi yüksək pressinq idi”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Araz-Naxçıvan” klubu ilə 2-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Sumqayıt”la matçda da yaxşı oyun göstərmişdik. Böyükhesablı qələbəyə gəlincə, bu gün “Neftçi”nin günü idi, “Araz-Naxçıvan”ın yox. Rəqib isə heç də pis komanda deyil. İlk hissədə oyunumuzun çox yaxşı alınmasının səbəbi yüksək pressinq idi. Təbii ki, birinci hissəni 4:0 başa vurandan sonra komandanın ikinci hissəyə eyni templə davam etməsi çətin olur. Buna baxmayaraq, futbolçular fasilədən sonra da ciddi oyun göstərdilər, sadəcə, bəzi fürsətləri dəyərləndirə bilmədilər. Adətən heç bir futbolçunu fərqləndirmirəm, amma vitse-kapitan Emil Balayevi xüsusi vurğulamaq istəyirəm. O, kifayət qədər təhlükəli epizodlarda 3 dəfə komandamızı qoldan xilas etdi. Ən önəmlisi odur ki, ikinci hissədə meydana çıxan futbolçular da yaxşı oynadılar və qələbə qazanmağımız üçün kifayət qədər çalışdılar”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: