Fanat
30 September 202612:50

“Neftçi” – “Sabah” oyununun biletləri satışda

“Neftçi” – “Sabah” oyununun biletləri satışda

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN .

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.