Fanat
17 July 202616:00

Konfrans Liqası matçımızın biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarıldı

Konfrans Liqası matçımızın biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarıldı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarılıb.

Qiyməti 2.50 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 4 (“Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 6 (“Banişevski alt” sektoru), 17.50 (“VIP Silver”, “VIP Family” sektorları) və 25 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

50% endirimli biletləri yalnız mövsümlük bilet sahibləri 24 saat ərzində “Neftçi PFK” mobil tətbiqində və ya https://bilet.neftchi.az saytında “matçlıq bilet al” bölməsinə daxil olaraq, əldə edə bilərlər. Ümumi satış isə sabahdan etibarən həyata keçiriləcək.

Stadionumuzun kassasında biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.