Klub
6 August 202616:00

“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü “Şöhrət” ordeni ilə təltif edildi

“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü və BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif olunub.

Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə və xüsusi xidmətlərinə görə bu ali dövlət mükafatına layiq görülüb.

“Neftçi” ailəsi olaraq Bəxtiyar müəllimi bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, Bəxtiyar Aslanbəyli 2024-cü ildən “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvüdür. O, həmçinin Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq münasibətlər və enerji məsələləri üzrə tanınmış mütəxəssisdir.