Klub
25 July 202622:00

Çempionlar Liqasında mübarizəni dayandırdıq

Çempionlar Liqasında mübarizəni dayandırdıq

Qadın futbolçulardan ibarət komandamız UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxıb. “Neftçi” 1-ci qrupun həlledici matçında Yunanıstan PAOK-u ilə qarşılaşıb.

Bu ölkənin Veriya şəhərindəki eyniadlı stadionda baş tutan görüş baş məşqçi Siyasət Əsgərovun yetirmələrinin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla da komandamız mübarizəni dayandırıb.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk matçında “Buduçnost” (Monteneqro) klubuna oyunsonrası penaltilər seriyasında qalib gələn “Neftçi” Azərbaycan qadın futbolu tarixində Çempionlar Liqası turnirində ilk qələbəsini qazanmışdı.