Neftçi-2
18 October 202616:40

Əvəzedici komandamız Qəbələ səfərindən 1 xalla dönür

Əvəzedici komandamız Qəbələ səfərindən 1 xalla dönür

“Neftçi” Əvəzedicilər Liqasının 6-cı turunda “Qəbələ” ilə heç-heçə edib – 2:2. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutan matçda komandamızın qollarına Əli Nəbizadə (16-cı dəqiqə) və Elvin Vəliyev (90-cı dəqiqə) imza atıblar. Rəqibin heyətində isə Fərid İsgəndərov (13-cü dəqiqə) və Qədir Ramazanov (56-cı dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 6 oyunda 8 xal toplayan “Neftçi” turnir cədvəlində 6-cı yeri tutur.