Əvəzedicilərdən əzmkar qələbə

“Neftçi” bu mövsüm Əvəzedicilər Liqasında ilk qələbəsini qazanıb. “Ağ-qaralar” 2-ci turda “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçın 3-cü dəqiqəsində qonaqların üzvü Səbuhi Məmmədov hesabı açsa da, 35-ci dəqiqədə futbolçumuz Kamil Məmmədov, 72-ci dəqiqədə isə Məhəmməd Məmmədli fərqləniblər.
Qeyd edək ki, baş məşqçi Rəşad Abdullayevin yetirmələri 3-cü turda “Zirə”nin qonağı olacaqlar. 3-cü turun görüşlrəi 4-6 sentyabrda keçiriləcək.
















