Klub
30 September 202616:27

Beynəlxalq Autizm Mərkəzinin şagirdləri qonağımız oldular

Beynəlxalq Autizm Mərkəzinin şagirdləri qonağımız oldular

Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar. “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar.

Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib.

Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər.

Beynəlxalq Autizm Mərkəzinin şagirdləri komandamızın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.

Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.