Akademiya

“Neftçi” Futbol Məktəbi

“Neftçi” Futbol Məktəbi

Klubun nəzdində yaradılan “Neftçi” Futbol Məktəbi 2022-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Futbolun sirrlərini bizimlə öyrənmək istəyən 6-17 yaşlı uşaqları məktəbimizə dəvət edirik. Məşqlər klubun peşəkar metodologiyasına uyğun hazırlanmış tədris planı əsasında keçirilir və iştirakçılara futbolun texniki, taktiki və fiziki hazırlığının inkişafı üçün peşəkar mühit təqdim olunur.

Məşq prosesi UEFA "B" və "C" kateqoriyalı məşqçilər tərəfindən təşkil edilir. Hər məşqdə 1 baş məşqçi və 1 köməkçi məşqçi olmaqla ümumilikdə iki məşqçi iştirak edir ki, bu da hər bir uşağa fərdi yanaşmanın təmin edilməsinə imkan yaradır.

Məşq məkanı

Palms Sports Futbol Mərkəzi (Bakıxanov qəsəbəsi)

Məşq qrupları

Böyük yaş qrupları

Bazar ertəsi – 19:00

Çərşənbə – 19:00

Cümə – 19:00

Kiçik yaş qrupları

Çərşənbə axşamı – 19:00

Cümə axşamı – 19:00

Şənbə – 18:00

Xidmət haqqı

Aylıq standart ödəniş – 150 AZN

Qapıçılar üçün – 100 AZN

Bir ailədən qeydiyyatdan keçən ikinci uşaq üçün – 100 AZN

Həftədə 2 dəfə məşq proqramı üzrə iştirak edənlər üçün – 100 AZN

“Neftçi” Futbol Məktəbi uşaqların futbol bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda ruhu, intizam və sağlam həyat tərzinin formalaşdırılmasına da xüsusi önəm verir.

Əlaqə

Telefon: +994 5 1937 1937

E-mail: nfm@neftchi.az

Instagram: @neftchifootballschool

Facebook: Neftchi Football School

Ətraflı məlumat üçün:+994 51 937 1937