A Komanda
30 avqust 202622:50

Zirədə məğlub olduq

Zirədə məğlub olduq

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 3-cü turda “Zirə”yə 0:1 hesabı ilə məğlub olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda yeganə qolu 45+3-cü dəqiqədə Qismət Alıyev vurub.

70-ci dəqiqədə futbolçumuz Elvin Bədəlov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız görüşü azlıqda davam etdirib.

Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan “Neftçi” turnir cədvəlində 2-ci yeri tutur.