A Komanda
2 oktyabr 202618:30

Yoxlama oyununda qələbə qazandıq

Yoxlama oyununda qələbə qazandıq

“Neftçi” yoxlama oyunu keçirib. Komandamız “Palms Sports” Futbol Mərkəzində “Araz-Naxçıvan” klubu ilə qarşılaşıb. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

20-ci dəqiqədə Adeleke Akinyeminin ötürməsindən sonra Alen Şkribek fərqlənib. 89-cu dəqiqədə isə Andrey Ştoqrin Draqolyub Saviçin ötürməsini qola çevirib.

Komandamız 81-ci dəqiqədə də qol vurmağa yaxın olub, amma Qustavo Klisman Bassala Sambunun qazandığı penaltidən yararlana bilməyib.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının 7-ci turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 9-da “Palms Sports Arena”da baş tutacaq matç saat 19:30-da start götürəcək.