Transfer
24 iyun 202617:00

Xoş gəldin, Endryu Qravilyon!

Xoş gəldin, Endryu Qravilyon!

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Xoş gəldin, Endryu Qravilyon!