Transfer
7 sentyabr 202620:00

Xoş gəldin, Adeleke Akinyemi!

Xoş gəldin, Adeleke Akinyemi!

“Neftçi” yeni hücumçu transfer edib. Klubumuz Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb. 

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb. 

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olmuş forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib. Davam edən “Veikkaussliqa”da Akinyemi bu mövsüm 13 qol vurub və turnirin hazırki bombardiridir.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandamızda 26 nömrəli formanı geyinəcək.