Akademiya
20 sentyabr 202619:55

U-17 Liqasında böyükhesablı qələbə

U-17 Liqasında böyükhesablı qələbə

“Neftçi” U-17 Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Baş məşqçi Elvin Məmmədovun yetirmələri 4-cü turda “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəliblər. “Palms Sports” Futbol Mərkəzində baş tutan oyunda Renat Əliyev dubl edib. Digər qolları Əli Hacızadə və Əli Musazadə vurublar.

Qeyd edək ki, “Neftçi” 3 oyundan sonra 6 xalla turnir cədvəlində 3-cü yeri tutur.