Akademiya
10 may 202623:20

“Neftçi” U-13 Liqasının çempionudur!

“Neftçi” U-13 Liqasının çempionudur!

“Neftçi” U-13 Liqasının final matçında “Qarabağ”la qarşılaşıb. Bayıl stadionunda baş tutan görüşün əsas vaxtı heç-heçə nəticələnib – 2:2.

Əlavə vaxtda qol vurulmayıb. Oyunsonrası penaltilərdə 4:3 hesabı ilə qalib gələn baş məşqçi Rəşad Məmmədovun yetirmələri 2025/26 mövsümünün Azərbaycan çempionu olublar.

Matçdan sonra “ağ-qaralar”a kubok və qızıl medallar təqdim olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər. 2-ci yeri tutan “Qarabağ”a gümüş, 3-cü yerin sahibi “Sabah”a isə bürünc medallar verilib. Bundan əlavə, Adil Şabanov (“Neftçi”) mövsümün ən yaxşı futbolçusu, Amid Şabanov (“Qarabağ”) isə ən yaxşı qapıçısı kimi xüsusi mükafata layiq görülüb.