A Komanda
18 iyul 202612:45

“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Minsk) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Ərizədə 22 futbolçu yer alıb.

Qapıçılar: 1.Emil Balayev, 13.Kenan Piriç, 93.Rza Cəfərov.

Müdafiəçilər: 3.Rüfət Abbasov, 5.İqor Ribeyro, 14.Elvin Bədəlov, 17.Murad Xaçayev, 24.Mustafa Sek, 55.Endryu Qravilyon, 77.Falaye Sako.

Yarımmüdafiəçilər: 4.Elvin Camalov, 6.Sessi D’Almeyda, 7.Emil Səfərov, 8.Emin Mahmudov, 18.İfeanyi Metyu, 20.Qustavo Klisman, 70.Andrey Ştoqrin.

Hücumçular: 11.İmad Faraj, 19.Ağadadaş Salyanski, 29.Lyubomir Tupta, 33.Breno Almeyda, 97.Bassala Sambu.

Qeyd edək ki, “Neftçi” və “Dinamo” (Minsk) arasında ilk oyun iyulun 22-si, saat 20:00-da “Palms Sports Arena”da, cavab matçı isə ayın 30-da səfərdə keçiriləcək.