“Zirə” ilə matçın hazırlığı yekunlaşdı

Misli Premyer Liqasının 3-cü turunda qarşılaşacağımız “Zirə” klubu ilə matça hazırlıq başa çatıb. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Məşqdə yeni transferimiz Denzel Jubitana da iştirak edib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” görüşü avqustun 30-u saat 20:15-də başlanacaq.


























