“Dinamo” ilə ilk oyunda məğlub olduq

“Neftçi” bu mövsüm ilk rəsmi oyununu keçirib. “Ağ-qaralar” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Minsk “Dinamo”suna 2:4 hesabı ilə məğlub olub.
“Palms Sports Arena”da baş tutan matçın 2-ci dəqiqəsində Emin Mahmudov hesabı açıb. Bundan 7 dəqiqə sonra komandamızın xeyrinə avtoqol qeydə alınıb. Lakin Belarus təmsilçisi 36, 47, 57 və 77-ci dəqiqələrdə fərqlənərək qalib gəlib.
Qeyd edək ki, cavab matçı iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
















