Klub
22 iyul 202615:00

Çempionlar Liqasında tarixi qələbə!

Çempionlar Liqasında tarixi qələbə!

Qadın futbolçulardan ibarət komandamız UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb. I qrupda mübarizə aparan “Neftçi” I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşıb.

Yunanıstanın Veriya şəhərindəki eyniadlı stadionda baş tutan görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bununla da oyunsonrası penalti seriyasına müraciət olunub. Zərbələri daha dəqiq yerinə yetirən baş məşqçi Siyasət Əsgərovun yetirmələri 4:3 hesabı ilə qalib gəliblər. Bu Azərbaycan qadın futbolu tarixində Çempionlar Liqası turnirində ilk qələbədir!

“Neftçi” növbəti matçda PAOK – “Hapoel Yerusalem” cütünün qalibi ilə üz-üzə gələcək. Komandamız həmin oyunda da üstün olsa, II təsnifat mərhələsinə vəsiqə qazanacaq.