Klub
8 sentyabr 202613:15

“Baku Climate Action Week 2026” çərçivəsində seminar

“Baku Climate Action Week 2026” çərçivəsində seminar

“Baku Climate Action Week 2026” çərçivəsində iqlim fəaliyyəti, ətraf mühitin qorunması və dayanıqlı futbol mövzusunda maarifləndirici seminar təşkil olunub. “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə “Neftçi” PFK-nın 16 yaşadək futbolçulardan ibarət komandasının üzvləri iştirak ediblər.

Seminarda iqlim dəyişikliyi və futbol, futbolun ətraf mühitə təsiri, gənc futbolçular üçün dayanıqlı həyat tərzi, su və enerjidən səmərəli istifadə, plastik və tullantıların azaldılması və təkrar emalı, futbol səfərlərində ekoloji məsuliyyət, eləcə də akademiyada dayanıqlı futbol mühitinin formalaşdırılması kimi mövzular müzakirə olunub.

Tədbirin əsas məqsədi gənc futbolçuların iqlim dəyişikliyi və dayanıqlılıq məsələləri üzrə maarifləndirilməsi, gündəlik həyatlarında və futbol fəaliyyətlərində tətbiq edə biləcəkləri ekoloji davranışların təşviq edilməsidir.