A Komanda
18 sentyabr 202614:30

Azərbaycan Kubokundakı potensial rəqiblərimiz müəyyənləşdi

Azərbaycan Kubokundakı potensial rəqiblərimiz müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunda 2026/27-ci illər mövsümünün püşkatma mərasimi baş tutub.

Püşkün nəticəsinə görə, yarışa 1/8 final mərhələsindən qoşulacaq “Neftçi”nin rəqibi “Şəfa” – “Şəmkir”/“Ağstafa Gəncləri” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki oyununu dekabrın 1-2-də “Palms Sports Arena”da keçirəcək.

Qeyd edək ki, 1/4 final mərhələnin matçları 2027-ci il fevralın 2-3-də, 9-11-də və 16-18-də, yarımfinal oyunları martın 2-3-də və aprelin 21-22-də, final qarşılaşması isə mayın 12-də Gəncə şəhər stadionunda baş tutacaq.