A Komanda
18 sentyabr 202619:47

1000-ci oyunda böyükhesablı səfər qələbəsi

1000-ci oyunda böyükhesablı səfər qələbəsi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununu keçirib. “Ağ-qaralar” Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionunda baş tutan matçda qolları Breno Almeyda (25-ci dəqiqə), Adeleke Akinyemi (86-cı dəqiqə) və Lyubomir Tupta (90+2-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 6 oyundan sonra 15 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.