1978-ci il iyulun 16-da Bakıda anadan olub.
Kamran Quliyev 2018-2023-cü illərdə “Neftçi” PFK-nın prezidenti vəzifəsini icra edib.
Komanda bu dövrdə Azərbaycan çempionatının qızıl (2021), gümüş (2019, 2020, 2022) və bürünc (2018, 2023) medallarını qazanıb.
2009-2011-ci illərdə AFFA-nın Texniki departamentində texniki direktorun müavini vəzifəsində çalışan Kamran Quliyev 2011-2018-ci illərdə “Sumqayıt” FK-nın prezidenti olub.


