“Dübrar” 1996-cı ildən təbii bulaq suyunun istehsalı və satışı ilə məşğuldur. Suyun mənbəyi Xızı rayonunun Altıağac qəsəbəsində, Böyük Qafqaz sıra dağlarının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 2205 metr yüksəklikdə yerləşən Dübrar dağ silsiləsindədir. Ekoloji cəhətdən təmiz ərazidən əldə olunan “Dübrar” suyu təbii mineral maddələrin balanslaşdırılmış nisbətinə malikdir və öz təbii xüsusiyyətlərini qorumaq məqsədilə əlavə kimyəvi emala məruz qalmadan beynəlxalq standartlara uyğun şəkildə qablaşdırılır.



