Fanat
3 November 202609:50

“Neftçi” – “Kəpəz” matçının biletləri satışda

“Neftçi” – “Kəpəz” matçının biletləri satışda

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində noyabrın 6-sı saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN .

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.