Neftçi-2
7 May 202620:49

Əvəzedicilər Liqasında 2-ci yerə yüksəldik

Əvəzedicilər Liqasında 2-ci yerə yüksəldik

“Neftçi-2” Əvəzedicilər Liqasının 25-ci turunda “Araz-Naxçıvan-2”yə 4:0 hesabı ilə qalib gəlib. “Palms Sports” Futbol Mərkəzində keçirilən matçda qolları Məhəmməd Məmmədli, Fərid Səfərli, Mirşahbaz Şahbazlı və Nurlan Musayev vurublar.

Qeyd edək ki, “Neftçi-2” 25 oyundan 50 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib.