Klub
17 July 202614:00

“Dinamo” ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

“Dinamo” ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

“Neftçi” PFK-nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da Belarusun “Dinamo” (Minsk) klubu ilə “Palms Sports Arena”da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. 2025/2026 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyasının surəti (mütləqdir)

5. Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. Yer sayı məhdud olduğu üçün e-maildə bunu ilk qeyd edənlər mətbuat konfransında iştirak edə biləcəklər. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar.

6. Hər media qurumu üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1 operator) akkreditasiya nəzərdə tutulub.

Qeyd olunan məlumatlar iyulun 20-si saat 20:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 21.07.2026-cı il saat 15:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Palms Sports Arena”da media iş otağından götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.