Klub haqqında

Elgün Məmmədov

Elgün Məmmədov

Vəzifəsi:

Satınalma üzrə koordinator

Doğum tarixi:

03.07.1984

Çalışmağa başladığı il:

2024

Vətəndaşlıq:
Azərbaycan flag
Azərbaycan

Elgün Bəhruz oğlu Məmmədov 1984-cü il iyulun 3-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub.

2006-cı ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültəsini Avropaşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisası üzrə bitirib.

2014-2016-cı illərdə “Unibank” Kommersiya Bankında, 2016-2022-ci illərdə “Kapitalbank” ASC-də müxtəlif vəzifələrdə, 2022-2024-cü illərdə “Azərbaycan Turizm Bürosu” PHŞ-nin Maliyyə və satınalma departamentində satınalma sektoru üzrə mütəxəssis vəzifəsində çalışıb. Bundan əlavə, paralel olaraq müxtəlif vaxtlarda “İdman Azərbaycan” və digər telekanallarda futbol eksperti kimi çıxış edib.

2024-cü ilin avqustundan “Neftçi” PFK-nın Satınalma üzrə koordinatorudur.