Klub haqqında

Hafiz Zeynalov

Hafiz Zeynalov

Vəzifəsi:

Müşahidə Şurasının sədri

Doğum tarixi:

08.12.1983

Çalışmağa başladığı il:

2022

Vətəndaşlıq:
Azərbaycan flag
Azərbaycan

Hafiz Ziyafət oğlu Zeynalov 1983-cü il dekabrın 8-də anadan olub.

2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində, 2007-2009-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

2006-cı ildən 2022-ci ilədək İqtisadiyyat Nazirliyində çalışıb. 2005-2006-cı illərdə İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq şöbəsində MDB ölkələri ilə əməkdaşlıq sektorunun məsləhətçisi, 2006-2007-ci illərdə Xarici ticarət və iqtisadi əlaqələr şöbəsində Dövlətlərarası iqtisadi əməkdaşlıq sektorunun böyük məsləhətçisi, 2007-2010-cu illərdə bu sektorun baş məsləhətçisi, 2010-2012-ci illərdə İİN Aparatı, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində Hökümətlərarası komissiyalar və ikitərəfli sənədlərlə iş sektorunun müdiri, 2012-2018-ci illərdə Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2018-2021-ci illərdə bu şöbənin müdiri, 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək isə Aparat rəhbərinin müavini – Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Nazirlikdə fəaliyyət göstərdiyi dövrdə ölkə daxilində və beynəlxalq səviyyədə tədbirlərin, forumların təşkili, həmçinin ikitərəfli müqavilələrin hazırlanması və koordinasiyası ilə məşğul olub.

Hafiz Zeynalov 2016-cı ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda fərqlənməyə görə medal ilə təltif olunub.

2022-ci ilin martından may ayınadək SOCAR-da İşlər idarəsinin rəisi olub. Həmin ilin mayından etibarən SOCAR-da Aparat rəhbəridir. Hazırda SOCAR-da sosial layihələr, nəqliyyat, təhlükəsizlik, inzibati işlər, mərkəzləşdirilmiş arxiv, vətəndaşlarla iş, beynəlxalq əlaqələr və idman kimi müxtəlif istiqamətləri əhatə edən funksiyaları icra edir.

18 mart 2026-cı il tarixdən YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatının sədridir.

Hafiz Zeynalov COP29 çərçivəsində SOCAR üzrə fəaliyyətlərin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif olunub.

“Neftçi” İK və “Neftçi” MTK-da İdarə heyətinin sədri vəzifəsini icra edən Hafiz Zeynalov EKOL-un Müşahidə Şurasının da sədridir.

30 noyabr 2022-ci ildən “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.