Elxan Abdullayev 1970-ci il mayın 19-da anadan olub. Futbolçu kimi ölkəmizdə “Termist”, “Azəri”, “Turan” və “Xəzri”, Slovakiyada isə “Pyeştyani” və “Trençin” klublarında çıxış edib.
Baş məşqçi kimi “Neftçi”nin A və B komandalarını, həmçinin “Dinamo” (Bakı), “Qarabağ”, AZAL, eləcə də 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarımızı çalışdırıb. Əsas və U-21 milli komandalarımızın, həmçinin “Qarabağ”, “İnter” (Bakı) və “Atırau”nun (Qazaxıstan) məşqçisi olub.
UEFA-nın “Pro” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.



