Aqil Məmmədov 1989-cu il mayın 1-də Naxçıvan MR-in Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. “Bakı”nın yetirməsi olan Məmmədov bu klubdan başqa, “Neftçi”, AZAL, “Qəbələ”, həmçinin Azərbaycanın əsas və U-21 milli komandalarının qapısını qoruyub. 2 dəfə Azərbaycan çempionatının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Futbolçu karyerasını 33 yaşında “Neftçi”də bitirən Aqil Məmmədov məşqçiliyə “Neftçi” Futbol Akademiyasında başlayıb.
UEFA-nın “C” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.



